56 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Azərbaycanın sabiq mədəniyyət nazirinə yeni vəzifə verilib

17 May 2023

Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) vəzifə verilib.

TELEJURNAL-ın  məlumatına görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.

A.Kərimov təşkilata üzv dövlətlərin müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və strukturlarla tərəfdaşlıq əlaqələrini gücləndirmək, ISESCO-nun dünya miqyasında təsirini artırmaq, proqramları dəstəkləmək üçün lazım olan maliyyə resurslarını səfərbər etməklə məşğul olacaq. Bundan başqa o, ISESCO-nun təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində fəaliyyətinə də başçılıq edəcək.

ISESCO-nun Baş Direktorluğu Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri A.Kərimovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona təşkilatın nəcib məqsədlərinə nail olunmasına töhfə vermək missiyasında uğurlar arzulayıb.

Qeyd edək ki, A.Kərimov Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu. O, 2022-ci ildə nazir vəzifəsindən azad edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…