225 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın qlobal gərginliyin azaldılması üzrə konstruktiv təklifləri ərəb KİV-də

13 Mart 2022

Son vaxtlar Azərbaycan diplomatiyasının qlobal gərginliyin azaldılması istiqamətində irəli sürdüyü konstruktiv təkliflər ərəb mətbuatının diqqət mərkəzindədir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin “Mobtada” qəzeti, Omanın “ONA” agentliyi, “Defense-Arab” portalı Azərbaycan və Türkiyə prezidentlərinin Ukraynada müharibənin dayandırılması istiqamətində göstərdikləri səylər barədə məqalə dərc edib. Yazıda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazır olması barədə bəyanatı da yer alıb. Qəzetin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin köməkçisi rəsmi Bakının əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi etdiyini qeyd edib. “Burada da məntiq Azərbaycanın nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”, – deyə o əlavə edib.
Səudiyyə Ərəbistanının “Mübaşir” və Yəmənin “Səba” qəzetlərində isə Azərbaycanın qlobal enerji böhranı ilə bağlı qonşu ölkələrə qaz nəqlini artırmağa hazır olduğunu yazıblar. Yazılarda diqqətə çatdırılıb ki, Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov cari ildə qaz ixracının Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacağını söyləyib. O əlavə edib ki, Cənub Qaz Dəhlizi yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir. Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…