217 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın parlament nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

03 Aprel 2022

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 2-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, nümayəndə heyətinin üzvləri gül dəstələri düzüblər.

Mərkəzin rəhbəri Samir Abbasov nümayəndə heyətinə məlumat verib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı istifadəyə verilib.

Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyət göstərir.

Azərbaycanın parlament nümayəndə heyətinin üzvləri Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Ulu Öndər haqqında fikirləri, həmçinin respublikamızın tarixin müxtəlif dövrlərinə aid xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə məlumatlar, Azərbaycanla Özbəkistan arasında qədim tarixi və mədəni əlaqələrdən, bu gün inkişaf edən münasibətlərimizdən bəhs edən eksponatlar ilə tanış olublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…