23 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Pakistandakı səfiri Sind əyalətinin valisi ilə görüşdə əməkdaşlıq məsələlərini müzakirə edib

28 Yanvar 2022

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Sind əyalətinin valisi İmran İsmail ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzər Fərhadov səmimi qəbula görə öz təşəkkürünü bildirib, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərdən söhbət açıb, Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini qeyd edib.
Səfir Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyini bildirərək ölkəmizin həyata keçirdiyi bir sıra beynəlxalq layihələr barədə məlumatları diqqətə çatdırıb.
X.Fərhadov Azərbaycanın iqtisadi potensialından bəhs edərək iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu mənada Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinə toxunan X.Fərhadov yaradılması nəzərdə tutulan enerji, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, bank, gənclər və turizm sahəsi üzrə işçi qruplarına da diqqət çəkib.
İmran İsmail Azərbaycan və Pakistanın qardaş ölkələr olduğunu bildirib və qarşılıqlı əlaqələrimizin bütün sahələr üzrə daha da dərinləşdirilməsinin əhəmiyyətindən bəhs edib. İki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan vali Azərbaycan və Pakistan iş adamlarından ibarət nümayəndə heyətlərinin intensiv və mütəmadi şəkildə qarşılıqlı səfərlərinin təşkil olunmasının önəminə də toxunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…