11 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Müstəqillik Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib

23 May 2023

Azərbaycanın müstəqilliyinin 105-ci və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat verib.

Meksika XİN, Milli Konqres, Senat və digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin, həmçinin bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə baş tutmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verib. Daha sonra o, 105 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb, müstəqilliyinin bərpa edilməsindən sonra qarşılaşdığı çətinliklər, qısa müddət ərzində regional liderə çevrilən ölkəmizin son 30 ildə əldə etdiyi nailiyyətlər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib, məhz Ulu Öndərin ən çətin dönəmdə Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini diqqətə çatdırıb.

O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğunu və böyük iqtisadi inkişafa nail olunduğunu bildirib. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan dünya miqyaslı iqtisadi layihələr sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyini, bu sahələrdə qitə miqyasında yeni reallığın yarandığını qeyd edib. Bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığını, 2020-ci ildə otuz illik həsrətə son qoyularaq torpaqlarımızın işğaldan azad olunduğunu və Vətən müharibəsində çaldığımız zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb.

Səfir həmçinin hazırda regionda yaranmış yeni reallıqlar, sülh prosesi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma və bərpa işlərindən bəhs edib.

Həmçinin Azərbaycan ilə Meksika arasında münasibətlərdən söz açan diplomat, ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu, son dövrlərdə iki ölkə arasında əlaqələrin intensivləşdiyini, bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Meksika XİN Avropa Baş İdarəsinin Şərq, Balkan və Qafqaz ölkələri üzrə direktoru Xorxe Raskon Meksikanın ölkəmizlə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında müxtəlif layihələrin həyata keçirilməsi üçün potensialın olduğunu bildirib. O həmçinin Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfərini xatırladaraq, müasir Azərbaycanın inkişafında mühüm irs qoyan Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

Daha sonra tədbirdə çıxış edən meksikalı deputat, Meksika-Azərbaycan parlamentlərarası Dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas Heydər Əliyevin öz ölkəsinin və xalqının rifahı yolunda yorulmaz fəaliyyətinin heyranlıq doğurduğunu qeyd edərək, onun vahid Azərbaycan arzusunun bu gün reallaşdırıldığını, Ulu Öndərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim qaldığını qeyd edib.

Meksika-Azərbaycan parlamentlərarası Dostluq qrupunun üzvü deputat Xavyer Kasike Sarate Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb. O, bu ilin əvvəlində ölkəmizə səfərlərini xatırladaraq, Şuşa şəhərindəki tarixi-mədəni sərvətlərlə yaxından tanış olduqlarını, hazırda türk dünyası ilə Avropa arasında körpü rolunu oynayan Bakı şəhərinin sürətli inkişafının xoş təəccüb doğurduğunu bildirib, Azərbaycanın müstəqilliyi, inkişafı və tərəqqisi uğrunda ayağa qalxan igid xalqın fədakarlığı, zəhməti və əyilməz ruhuna heyran olduğunu vurğulayıb.

Mərasimdə qonaqlara Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx və fotosərgi nümayiş olunub, həmçinin Heydər Əliyevə həsr olunmuş kitabça və üzərində “Heydər Əliyev – 100” yazısı olan döş nişanları paylanılıb və zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…