29 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Müstəqillik Günü münasibətilə Buxarestdə rəsmi qəbul keçirilib

25 May 2022

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Buxarestdə yerləşən “Marriot” otelində Azərbaycanın Müstəqillik Günü münasibətilə ilə rəsmi qəbul təşkil edilib.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Rumıniyanın energetika naziri, Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqədar və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Rumıniya tərəfindən həmsədri Virgil Daniel Popescu, həmçinin Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, XİN-in nümayəndələri, Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun üzvləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, təhsil ocaqlarının rəhbərləri, professor və müəllimlər, ziyalılar, din xadimləri, tanınmış iş adamları, aparıcı KİV-lərin nümayəndələri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib. Qəbulu giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov mayın 28-də qeyd olunan Müstəqillik Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb. O, 1918-ci ilin 28 may tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət olduğunu bildirib, qısa bir zamanda dövlətimizin, müstəqilliyimizin əsaslarının yaradıldığı haqqında danışıb. Diplomat Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik inkişafa malik ölkə kimi tanındığını vurğulayıb. Səfir qeyd edib ki, məhz bu siyasətin nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində qələbə qazanıb və torpaqlarımızın ərazi bütövlüyünü təmin edib. Azərbaycan-Rumıniya əlaqələrindən danışan Hüseyn Nəcəfov, ikitərəfli münasibətlərimizin ənənəvi olaraq dinamik şəkildə inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın regionda yeganə strateji tərəfdaşı, həmçinin Avropa İttifaqında ən yaxın təfərdaşlarından biri olduğunu qeyd edib. O həmçinin bu il Azərbaycan-Rumıniya diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. Daha sonra fəxri qonaq qismində iştirak edən nazir Virgil Daniel Popescu çıxış edərək, Müstəqillik Günü münasibətilə Rumıniya xalqı adından Azərbaycan xalqını təbrik edib. Nazir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsi olduğunu, münasibətlərimizin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və 30 illiyi qeyd edilən diplomatik əlaqələrimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. O, Rumıniyanın ölkəmizlə bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduqlarını bildirib. Tədbirdə, həmçinin Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kristian-Daniel İvanutsa çıxış edib, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrdən bəhs edib.

Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…