77 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Qətərdə “DIMDEX 2022” sərgisində iştirak edib

24 Mart 2022

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-23-də Dohada keçirilən 7-ci “DIMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətlərinin dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarının nümayiş etdirildiyi sərgi çərçivəsində Mədət Quliyev Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani və Baş nazirin müavini və müdafiə işləri üzrə nazir Xalid bin Məhəmməd Əl Attiyah ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mədət Quliyev sərgidəki Türkiyə pavilyonu ilə də tanış olub, burada qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayil Demir ilə görüşüb. Görüş zamanı hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Nazir, eyni zamanda, Türkiyəyə məxsus olan “Havelsan”, “Roketsan” və “Turkish Aerospace” şirkətlərinin stendlərini də ziyarət edib.
Sonra müdafiə sənayesi naziri “Barzan Holdings” şirkətinin prezidenti Nasser Hassan Al Naimi ilə görüşüb.
Görüş zamanı Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri ilə “Barzan Holdings” şirkətinin müəssisələri arasında müdafiə təyinatli məhsulların birgə istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…