24 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

23 Mart 2022

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb.
Həmçinin Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…