37 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

16 İyul 2022

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

TELEJURNAL xəbər verir ki, 7 turdan ibarət turnirdə “İrəli” İctimai Birliyinin, “Ağ At” Şahmat Klubunun nümayəndələri, media təmsilçiləri, habelə 100-ə yaxın gənc iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən “Ağ At” Şahmat Klubunun direktoru, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Ülkər Umudova bildirib ki, hazırda şahmat idman növü gənclərin ən çox marağında olduğu idman növlərindən biridir. Gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən tədbirlərdə tərəfdaş kimi iştirakdan məmnunluğunu ifadə edən Ülkər Umudova turnir iştirakçılarına uğurlar arzu edib.

“İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Raziyə Dadaşzadə çıxışı zamanı diqqətə çatdırıb ki, təşkilat tərəfindən gənclərin intellektual bacarıqlarının möhkəmlənməsi istiqamətində bir sıra layihə və tədbirlər həyata keçirilir. General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri də bu tədbirlər sırasındadır.

Həmçinin qeyd olunub ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi xalqımızın yaddaşında silinməz izlər qoyub. İki il bundan öncə baş vermiş Tovuz hadisələrinin ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğu vurğulanıb.

Qeyd edək ki, həyata keçirilən turnir olimpiya sisteminə uyğun olaraq təşkil olunub. Turnirdə Amin Qurbanov birinci, Səyyad Əhədli ikinci, Şahin Hacıyev isə üçüncü yerin qalibi olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…