29 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib

27 Yanvar 2022

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) üzvləri üçün təqdimat keçirilib.
“TELEJURNAL” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, ICSB-ya üzv olan təşkilatlar mikro, kiçik və orta sahibkarlıq sahəsində Azərbaycan təcrübəsi barədə məlumatlandırılıb. Bu məqsədlə ICSB tərəfindən təşkil olunmuş onlayn tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ICSB ailəsinin üzvüdür və bu üzvlük biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat əldə etmək istəyən, eləcə də yerli KOB-larla əməkdaşlıqda və birgə layihələrin icrasında maraqlı olan xarici iş adamları da KOBİA-nın xidmətlərindən faydalana bilərlər.
Tədbirdə, həmçinin KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib, ICSB üzvlərinin agentliyin fəaliyyəti barədə sualları cavablandırılıb.
Qeyd edək ki, Kiçik Biznes üzrə Beynəlxalq Şura 1955-ci ildən etibarən fəaliyyət göstərir və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir. ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. KOBİA 2021-ci ildən təşkilatın üzvüdür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…