49 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə ilə bağlı son vəziyyət açıqlanıb

17 Aprel 2023

Ötən dövr ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minadan təmizlənib.

TELEJURNAL xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

E.Hüseynovun sözlərinə görə, bu təmizlənməli olan ərazinin 16,4 %-dir:

“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman isə 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir.

Ağdamın 27,5 %-i, Füzulidə 25 %-dək hissəsi, Tərtərin 16,7 %-i, Xocavəndin 5,1 %-i, Xocalının isə 15,8 %-i minadan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…