45 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın iki taekvondoçusunun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib

01 İyun 2023

Azərbaycanın taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

Telejurnal xəbər verir ki, bu, mundialın beşinci gününün püşkatma mərasimində bəlli olub.

Gənclər arasında Avropa çempionu Səyyad Dadaşov yarışa 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini gözləyir.

Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı bu raundda Ruka Okamoto (Yaponiya) – Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…