27 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

02 Avqust 2023

Azərbaycanın iki startapı – “Metatesk” və “Epoint” artıq “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.

Bu barədə   Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Məlumata görə, proqram Agentliyin Azərbaycandan olan startapların beynəlxalq səviyyəli mentorlar tərəfindən dəstəklənməsinə unikal imkan yaradan layihəsidir.

Zeynal Kərimzadənin əsasını qoyduğu “Epoint” elektron kommersiya xidmətlərinin göstərilməsi üçün yaradılmış platformadır. “Metatesk” startapını isə Günay İmanzadə təsis edib. Startap 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir.

Mentorluq proqramı 6 ay davam edəcək. Bu müddət ərzində mentorlar şirkət sahiblərinə xidmət və məhsulların təkmilləşdirilməsi, biznesin miqyasının artırılması, gəlirlilik, mənfəət, yeni bazarlara çıxış əldə edilməsi və müştəri cəlbi sahəsində qabaqcıl biliklər verəcəklər.

Mentorluğu iki beynəlxalq səviyyəli mütəxəssis – Marvin Liao və Rik Rasmussen həyata keçirir. Hər iki mentor texnoloji innovasiya sahəsində çoxillik beynəlxaq təcrübəyə malikdir. M.Liao 23 ildir texnologiya biznesindədir, vençur sahibkar və “mələk investor” kimi dünya üzrə 465 startapa yatırım edib, 20-dən çox akselerasiya proqramına mentorluğu həyata keçirib. R.Rasmussen isə 40 illik təcrübəsi ilə ABŞ-ın nüfuzlu universitetlərində innovasiya, sahibkarlıq və vençur kapitalının idarəedilməsi mövzularını tədris edib, 1000-dən çox yeni yaranan şirkətə mentorluq edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…