33 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın iki klubu PSJ-nin yetirməsinə təklif göndərib

14 İyun 2023

“Neftçi” və “Sabah” Rusiyanın “Soçi” komandasının futbolçusu Musa Sissakoya təklif göndərib.

Telejurnal “Legalbet”ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

İddiaya görə, Murad Musayevin baş məşqçi olduğu klub Mali millisinin üzvü ilə anlaşa bilməyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 000 avro məvacib tələb edən Sissako 200 000 avroluq təklifi qəbul etməyib.

“Neftçi” tərəfi isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. “Ağ-qaralar” futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir. Kapitan Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi yarımmüdafiəçi ilə daha çox maraqlanır.

Qeyd edək ki, Fransanın PSJ komandasının yetirməsi olan Musa Sissako “Soçi”dən əvvəl Belçika “Standard”ında da çıxış edib. Ötən mövsüm Rusiya təmsilçisinin heyətində 15 oyuna 1 qol vuran futbolçunun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…