50 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın iki güləşçisi beynəlxalq turnirin finalına yüksəlib

16 May 2023

Azərbaycanın iki gənc yunan-Roma güləşçisi Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə finala yüksəlib.

Telejurnal  xəbər verir ki, Astanada təşkil edilən yarışda bütün rəqiblərinə qalib gələn U-20 yığmasının üzvləri Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) həlledici görüşdə iştirak hüququ qazanıblar.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən yığmanın digər güləşçilərindən Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Dörd idmançının hər biri medal görüşünə mayın 17-də çıxacaq. Həmin gün, həmçinin, 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…