35 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın güləş millilərinin Avropa çempionatı üçün heyəti açıqlanıb

23 İyun 2023

İspaniyanın Santyaqo de Kompostela şəhərində keçiriləcək U-20 Avropa çempionatı üçün Azərbaycanın iki güləş millisinin heyəti bəlli olub.

Federasiyadan “Telejurnal” a verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyində Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzaim Mərdanov (130 kq) uğur qazanmağa çalışacaq.

Qadın güləşçilərin yarışında böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Ruzanna Məmmədova (55 kq), Nərgiz Səmədova (57 kq), Firuzə Məcidova (59 kq), Fatimə İsayeva (68 kq) və Mərziyə Sadıqova (72 kq) mübarizə aparacaq.

Sərbəst güləş üzrə yığmanın heyəti isə iyunun 27-də açıqlanacaq.

Qeyd edək ki, iyunun 26-da start götürəcək yarış iyulun 2-dək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…