33 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Fransadakı səfiri yerli radioda ölkəmizin həqiqətlərindən danışıb

21 Yanvar 2022

Eramızın VII əsrinə qədər – ərəblər gələnədək Azərbaycan Cənubi Qafqazda xristian mərkəzi olub. Azərbaycanda zərdüştlük, xristianlıq olub, İslam VII əsrdə gəlib. Azərbaycan ərazilərində qədim kilsələr mövcuddur.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Fransanın “Frequence Protestante” radiosunun “İmpromptus” verilişində çıxışı zamanı söyləyib.

Vatikanla Azərbaycan arasında sıx əlaqələrdən söz açan səfir Müqəddəs Taxt-Tac ilə münasibətlərin ölkəmizin xarici siyasətində xüsusi yer tutduğunu bildirib. Vatikanla ikitərəfli, eləcə də mədəniyyət sahəsində əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb, bu münasibətlər haqqında ətraflı məlumat verib.

“Vatikanla əlaqələr katolik dünyası ilə münasibətlər deməkdir. Katolik kilsəsi dünya əhalisinin 16 faizini əhatə edir.

Bu il Azərbaycan-Vatikan diplomatik əlaqələrinin qurulmasının 30 ili tamam olur. Roma papaları ölkəmizə iki dəfə səfər ediblər. Onlar Azərbaycanda mövcud olan dini tolerantlıq mədəniyyətini alqışlayıblar”, – deyə səfir qeyd edib.

R.Mustafayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanla Vatikan arasında əlaqələrə verdiyi töhfələrdən danışıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş vacib layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan Vatikanda layihələr reallaşdıran yeganə müsəlman ölkəsidir.

Azərbaycanın Avropa İttifaqı, Fransa ilə münasibətlərinə toxunan səfir Qarabağla bağlı bir çox məsələlərə aydınlıq gətirib. İlk növbədə, münaqişənin artıq həllini tapdığını və regionda yeni reallıq yarandığını vurğulayıb. Qeyd edib ki, bir çox ölkələr yeni reallıqlara uyğun davranmalıdırlar. Ancaq münaqişə həllini tapsa da, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, münaqişə illərində itkin düşmüş 4000 azərbaycanlının taleyi haqqında məlumatlar, işğal zamanı Ermənistan tərəfindən tamamilə yer üzündən silinmiş kənlərin, şəhərlərin, infrastrukturların bərpası kimi bir çox məsələlər də öz həllini tapmalıdır. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə başladığı diqqətə çatdırılıb.

Azərbaycan-Fransa münasibətlərinə toxunan diplomat bu gün rəsmi Parisin bəzi məsələlərdə böyük rol oynaya bilmək imkanlarından danışıb.

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmaqla beynəlxalq hüququ, xüsusilə də Fransanın öhdəliklərini və milli qanunvericiliyini kobud şəkildə pozduğu vurğulanıb.

Həmçinin səfir Rəhman Mustafayev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakı şəhərinə daxil olaraq mülki əhaliyə qarşı qırğın törətməsindən söz açıb. Lakin sovet ordusunun bu hərəkətinin xalqımızın müstəqillik istəyini boğa bilmədiyini, əksinə, daha da alovlandırdığını vurğulayıb.

Veriliş zamanı fransız musiqi qrupunun ifasında “Girdim yarın bağçasına” xalq mahnısı, eləcə də azərbaycanlı gənc pianoçu Etibar Əsədlinin ifası yayımlanıb.

https://azertag.az/xeber/Azerbaycanin_Fransadaki_sefiri_yerli_radioda_olkemizin_heqiqetlerinden_danisib-1981408

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…