56 baxış
Bu yazını paylaşın
Dünya

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – Rəsmi Kiyev

30 Sentyabr 2020

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn brifinq zamanı söyləyib.

“Bu hadisələrin inkişafını hamımız yaxından izləyirik. Azərbaycanın Xarici İşlər Naziri (Ceyhun Bayramov – red.) ilə telefon danışığım olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, itki, dağıntıdı və səmimi qəlbdən kədərlənirik ki, hazırda Qafqazda bu hadisələr baş verir.

Ukrayna xarici siyasətinin təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə dəstək olmaqdır. Azərbaycanın bizim beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik və bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”,- deyə XİN rəhbəri bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…