68 baxış
Bu yazını paylaşın
Siyasi

“Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” – Ruhani

07 Oktyabr 2020

İran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlardan narahat olduğunu ifadə edib.

“telejurnal”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Tehranda Nazirlər Kabinetinin görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.

“Bölgəmiz çox həssas və əhəmiyyətlidir. Şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək lazımdır. Qarabağdakı müharibə sərhədlərimizdə aparılır. Mərmilər də ərazimizdə partlayır və bu, yolverilməzdir.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə və hüquqlarına hörmətlə yanaşmalıdır”, – deyə Ruhani qeyd edib.

İran Prezidenti bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…