40 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar predmeti olmayıb

11 Noyabr 2020
Nazir: Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar predmeti olmayıb

Ceyhun Bayramov

İsrailin aparıcı mətbu orqanlarından olan, ingilis və ivrit dillərində dərc olunan “İsrael HaYom” qəzetində xarici işlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, nazir qəzetin bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də Azərbaycan-İsrail ikitərəfli münasibətləri, Azərbaycanda mövcud olan tolerantlıq mühiti və yəhudilərin ölkədə əsrlərlə sülh şəraitində yaşaması ilə bağlı suallarını cavablandırıb.

C.Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən bəhs edib. O, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları, həmçinin danışıqlar prosesində tutduğu destruktiv mövqeyinin bölgədəki son gərginliyə gətirib çıxardığını bildirib. Nazir Azərbaycanın ərazi bütövlüyünün heç bir zaman danışıqlar predmeti olmadığını vurğulayıb.

XİN başçısı Yaxın Şərq sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. O, Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini və “İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edib. Nazir, habelə ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu vurğulayıb.

Nazir müsahibəsində Azərbaycanda yəhudilərin azərbaycanlılarla birgə əsrlər boyu yaşadıqlarını qeyd edib və bu gözəl ənənənin bu gündə davam etdiyini qürur hissi ilə vurğulayıb. Həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının Azərbaycan-İsrail münasibətlərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini qeyd edib və bunun münasibətlərin inkişafında aparıcı rol oynadığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…