224 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

02 Sentyabr 2022

Bakıda keçiriləcək Premyer Liqa yarışında son anda Azərbaycanın daha bir karateçisinin iştirakı rəsmiləşib.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, dördqat Avropa mükafatçısı, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi və Minsk-2019 II Avropa Oyunlarının medalçısı olan kataçı Roman Heydərovun da adı yarışın iştirak ərizəsinə salınıb: “Heydərovun adı qeydiyyatdan keçirilməmişdi. Yarış iştirakçılarından birinin gəlməməsi dəqiqləşdiyi üçün onun yerinə Romanın adı iştirak ərizəsinə daxil edildi”.

Qeyd edək ki, 2 – 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək yarışda Azərbaycan 17 idmançı (16 kumite və 1 kata) ilə mübarizə aparacaq. Ümumilikdə isə 58 ölkədən 350-dək karateçi çıxış edəcək. Ən böyük heyətlə İtaliya (23), Yaponiya (21) və Türkiyə (20) təmsil olunacaq.

Premyer Liqaya ötən il “Grand Winner” titulunu qazanmış 8 karateçi – Serap Özçelik Arapoğlu, Mərvə Çoban, Məltəm Hocaoğlu Akyol (hər üçü Türkiyə), Anjelika Terlyuqa (Ukrayna), Fəryal Abdelaziz, Əli Əl-Savi (hər ikisi Misir), Zabiollah Purşab (İran), Qoqita Arkania (Gürcüstan) da qatılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…