50 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib – YENİLƏNİB

17 İyun 2023

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol üzrə milli komandası Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib.

Telejurnal” ın məlumatına görə, yığma Kiprin Limassol şəhərində keçirilən yarışın qrup mərhələsinin son oyununda İrlandiyanı üstələyib.

Rəqibini 16:10 hesabı ilə məğlub edən qadınlar iyunun 18-də yarımfinal matçına çıxacaqlar.

Kişilərdən ibarət Azərbaycan millisi isə qrupdakı ikinci qarşılaşmasında yerli Kipr seçməsinə 11:22 hesabı ilə uduzub. Yığma qrupda sonuncu oyununu iyunun 18-də keçirəcək. Bakı vaxtı ilə saat 12:15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq.

3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsinə qələbə ilə start götürüblər.

Azərbaycan Basketbol Federasiyasından “Telejurnal” a verilən məlumatına görə, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub – 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…