58 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın basketbol milliləri Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər

15 İyun 2023

3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.

Federasiyadan “Telejurnal” a verilən məlumata görə, bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komanda A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.

Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.

Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.

Qeyd edək ki, qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…