215 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanın Baş nazirinin müavini ilə İranın yol və şəhərsalma naziri görüşüb

25 Yanvar 2022

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.

Baş nazirin müavini Şahin Mustafayev iranlı qonağa Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi və hazırda burada aparılan quruculuq işləri haqqında ətraflı məlumat verib, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyinə əminliyini ifadə edib.

İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlığın olduğunu söyləyən Ş.Mustafayev vurğulayıb ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var.

Azərbaycan-İran dostluq əlaqələrindən söz açan iranlı nazir Rüstəm Qasimi ölkəsinin müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib: “Çox şadam ki, dost Azərbaycandayam. Dünən azad olunmuş ərazilərə baş çəkdik. İran tərəfi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində dəstək göstərməyə hazırdır. İki ölkə arasında əlaqələr çoxşaxəli və dərindir. Regionun tranzit imkanlarından istifadə hər iki tərəfə böyük imkanlar aça bilər. İnanıram ki, yaxın gələcəkdə əməkdaşlığımızdan xalqlarımız da məmnun qalacaqlar”.

https://azertag.az/xeber/Azerbaycanin_Bas_nazirinin_muavini_ile_Iranin_yol_ve_sehersalma_naziri_gorusub-1985963

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…