48 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanın bağçılıq üzrə mütəxəssisləri Pakistanda səfərdədir

24 İyul 2023

Bu gün Azərbaycanın bağçılıq üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Pakistana səfərə gəlib.

TELEJURNAL   Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin Baş naziri Şahbaz Şərif məlumat verib.

O, bu səfərin onun dəvəti ilə baş tutduğunu bildirib.

“Biz Kəraçi, Pişəvər, Kvetta və Lahorun mənzərələrini Bakı qədər gözəl etmək üçün onların təcrübəsini öyrənmək istəyirik”, -deyə Ş. Şərif qeyd edib.

Baş nazir həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti ilə bu yaxınlarda keçirilən məhsuldar danışıqlara gəlincə, hökumətin “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələrinin İslamabad, Lahor və Kəraçidə eniş etməyə icazə verilib. O əlavə edib ki, bu, turizm və investisiyaların inkişafı və iki ölkə arasında nümayəndə heyətlərinin mübadiləsi üçün irəliyə doğru böyük addımdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…