39 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycanın badminton komandası tarixi ilkə imza atıb

23 İyun 2023

Azərbaycan “Port of Baku” badminton komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında bürünc medal qazanaraq, tarixi ilkə imza atıb.

Azərbaycan Badminton Federasiyasından (ABF) “Telejurnal” a verilən məlumata görə, Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komanda qrup mərhələsində “Rekriativo” (İspaniya) və “Balozi” (Latviya) klubları ilə qarşılaşıb.

İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan “Port of Baku” ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək, Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Portuqaliyanın “Lagoense” klubu ilə qarşılaşan “Port of Baku” 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Azərbaycan təmsilçisi debüt mövsümündə finalın bir addımlığında Klublararası Avropa çempionatının qalibi İtaliyanın “Matex Marabadminton” klubuna 0:3 hesabı ilə uduzub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…