31 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: “Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib”

01 Avqust 2023

Avqustun 1-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən həmin məhkəmə yanında Azərbaycanın səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında Vaqif Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

TELEJURNAL  xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərinə sadiq qalaraq Avropa Məhkəməsinin xahiş etdiyi məlumatları təqdim edəcək:

“Eyni zamanda, Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur. Görünür ki, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə də keçib”, – Ç.Əsgərov bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…