244 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanın 27 vətəndaşı Ukraynadan Macarıstana keçib

02 Mart 2022

“Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar 27 Azərbaycan vətəndaşı bu ölkədən Macarıstana keçib”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib.

O qeyd edib ki, Macarıstana keçənlər arasında Ukrayna vətəndaşı olan azərbaycanlılar da var: “Ümumilikdə 40-45 nəfər sərhəddi keçib. Onların da artıq 6 nəfərinin İstanbul üzərindən Azərbaycana göndərilməsi təşkil edilib. Sərhəddi keçmək istəyənlərin sayı çoxdur. Gün ərzində keçmək istəyi ilə bağlı 100-dən çox zəng gəlir. Sərhəddə olanda bizimlə əlaqə saxlayırlar, onları yönləndiririk. Keçənlərin bəziləri özləri yerləşib, yerləşə bilməyənləər çalışırıq kömək edək. Ehtiyacı olanlara çalışırıq yardım edək. Bütün bu işləri səfirliklə koordinasiya edirik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…