38 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə dair tvinninq layihəsinə start verilib

03 Mart 2023

Bu gün Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış mərasimi keçirilib.

TELEJURNAL xəbər verir ki, tədbirdə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Şahin İsmayılov bildirib ki, layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

“Gələn ilin oktyabr ayına qədər davam edəcək layihənin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin artırılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, ölüm və digər ağır fəsadlarla nəticələnən yol qəzalarının qarşısının alınması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi, yol hərəkəti təhlükəsizliyinin artırılması üçün kadr potensialının artırılması, təbliğat və təşviqat işlərinin görülməsidir. Layihə çərçivəsində Polşa və Litvadan 58 ekspertin ölkəyə dəvət edilməsi nəzərdə tutulur. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının hazırlanması, bu istiqamətdə təkliflərin hazırlanması, həmçinin kommunikasiya planının hazırlanması nəzərdə tutulur. Təbliğat və təşviqat işləri ilə bağlı yol xəritəsinin hazırlanması da planlaşdırılır. İki il müddətində bu sənədləri xarici ekspertlər yerli ekspertlərlə birgə hazırlayacaq. Bir sözlə, layihə 3 komponent üzrə həyata keçirilir – qanunvericiliyin təkmilləşdirilməsi, effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması və kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq. Layihənin büdcəsi 1 milyon avrodur”, – deyə o qeyd edib.

Tədbirdə çıxış edən Polşanın infrastruktur nazirinin müavini Andrzej Bittel isə bilıdirib ki, ölkəsi yol hərəkətinin təhlükəsizliyi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. “Nəqliyyatın işinin təmin edilməsi, gündəlik həyatda ən vacib məsələlərdən və ən böyük ehtiyaclardan biridir. İnsanların həyat səviyyəsinin yüksəldilməsinə çalışırıq. Nəqliyyatdakı bütün problemlərə baxmayaraq qəzaların qarşısının alınması çox mühümdür. Bugünkü konfrans layihənin rəmzi başlanğıcıdır, layihə hazırda icra mərhələsindədir. Biz artıq əsas benefisiarımız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər əsas maraqlı tərəflər və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yaxşı əməkdaşlıq münasibətimizi qürurla qeyd edə bilərik. Yol hərəkətinin təhlükəsizliyi Polşanın İnfrastruktur Nazirliyi üçün də ən yüksək prioritetdir və bu istiqamətdə davamlı monitorinq, qiymətləndirmə və təkmilləşdirmə işləri aparılır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…