17 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11 May 2023

Azərbaycanın kosmik fəaliyyət sahəsində davamlı inkişafı üçün qarşıdakı illərdə ölkədə peyklərin istehsalı və testi kimi infrastrukturun formalaşdırılması planlaşdırılır.

Telejurnal  xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Çünki azərbaycanlı mütəxəssislər 10 ildən artıqdır ki, peyklərin idarə edilməsi ilə məşğuldur. Bu potensialdan tam istifadə etmək üçün yeni peyklərin istehsalı mərkəzini yaratmaq və kosmik ekosistemin ölkəmizdə formalaşdırılmasını planlayırıq. Bura həm dövlətin, həm özəl sektorun, həm də təhsil və tədris sahələrinin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur”, – S.Əsədov bildirib.

“Azərkosmos” rəhbəri əlavə edib ki, Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını, strateji fəaliyyət istiqamətlərini əks etdirən sənəd hazırlanıb: “Yaxın gələcəkdə bu sənəd hökumətə təqdim ediləcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…