33 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda yağışlı hava şəraiti dekabrın 7-dək davam edəcək – XƏBƏRDARLIQ

01 Dekabr 2022

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən TELEJURNAL-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3 ° aşağı enərək, 5-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…