23 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda təhsil üçün ianələr edilməsinə imkan yaradılacaq

08 Sentyabr 2022

“Təhsil üçün ianələrin edilməsinə imkan yaradılacaq”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fond ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə təşkilatın saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq:

“İanələri edən fiziki və hüquqi şəxslər açıq va ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər”.

İanələrin hansı istiqamətdə xərclənəcəyi məsələsinə gəlincə, E.Nəsibov əlavə edib ki, hazırda təşkilatın strukturu formalaşdırıldığdan dəqiq nəsə demək doğru deyil.

Qeyd edək ki, ianələr aşağıdakı formada oluna bilər:

1) Təhsilin İnkişafı Fonduna

2) Hər hansı konkret tematik layihə (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.)

3) Öz məktəbinə ianə et.

Qeyd edək ki, Fond ötən il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…