74 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanda startaplar hansı sahələrə daha çox maraq göstərir?

04 Yanvar 2021

İnnovasiyalar Agentliyinin nizamnaməsinə uyğun olaraq ölkədəki startapların ümumi qeydiyyata alınması, startapların kateqoriyalandırılması prosesi həyata keçirilir.
Telejurnal.az AZƏRTAC-a istinadla prosesi təqdim edir.
Startapların kateqoriyalar üzrə təsnifatlaşdırılması proseduru qəbul edilmiş beynəlxalq standartlara əsasən, startapın yetişmə səviyyəsini və hansı kateqoriyaya (A, B, C, D, E) düşməsini müəyyənləşdirmək üçün ikimərhələli yoxlamadır.
Hazırda startap bazada 250-dək təsnifatlaşdırılmış startap var. Bunlardan 35 faizi A, B, C kateqoriyalı startaplardır, qalan hissəsi isə D və E kateqoriyalarına aid edilib.
Qeyd edək ki, inkişaf mərhələsinə uyğun startaplar aşağıdakı kimi təsnifatlaşdırılır:
E – ideya mərhələsi
D – işlək ideya mərhələsi
C – ilkin satış mərhələsi
B – satış məhsulu və satış təcrübəsi olan mərhələsi
A – davamlı inkişaf edən müəssisə mərhələsi
Startap bazada ilk yerlərdə təhsil və elektron ticarət sahəsində fəaliyyət göstərən startap layihələr yer tutur. Beləliklə startapların seçdikləri fəaliyyət sahələrinin ardıcıllığı aşağıdakı kimidir:
1. Təhsil
2. Elektron ticarət
3. Təhlükəsizlik
4. Sosial şəbəkələr, media və reklam
5. Əyləncə
6. Nəqliyyat və logistika
7. Maliyyə
8. Aqrar
9. Ağıllı şəhərlər
10. Dizayn, İncəsənət, Turizm

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…