21 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda son 7 ildə fındıq bağlarının sahəsi 3 dəfəyə yaxın artıb

13 Sentyabr 2022

“Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 80 min hektardan çoxdur. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə artım deməkdir”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Zaqatalada keçirilən fındıq festivalı və “Yurdumun Ləzzət”i stendinin açılış mərasimində deyib.

“Dövlət dəstəyi fermerlərimizin bu sahəyə marağını kifayət qədər artırıb. Mövcud bağların 60%-dən çoxu bar verən yaşdadır. 2021-ci ildə fındıq istehsalı 2015-ci ilə nisbətən 2,1 dəfə, 2020-ci ilə nisbətən isə 36,6% çox olub. Təbii ki, bar verən bağların artması ölkənin ixrac potensialına da müsbət təsir göstərir. Ölkəmizdən ötən il 108,7 milyon ABŞ dolları, bu ilin 6 ayında isə 55 milyon ABŞ dolları dəyərində (ötən ilin eyni dvörünə nisbətən 15 milyon ABŞ dolları çox) qabığı təmizlənmiş fındıq ixrac olunub. Azərbaycan fındığının ixrac coğrafiyası genişlənir, məhsullarımız Rusiya, Qazaxıstan, İtaliya, Almaniya, İsveçrə və digər ölkələrə ixrac edilir. Qarşıdakı illərdə həm fındıq bağlarının sahəsinin, həm də fındıq ixracının həcminin artacağı, ixrac coğrafiyasının bir qədər də genişlənəcəyi proqnozlaşdırılır”, – deyə o qeyd edib.

Bundan başqa, nazir müavini əlavə edib ki, ölkəmizin münasib coğrafi enlikdə yerləşməsi fındıqçılığı daha da inkişaf etdirməyə imkan verir:” Bilirsiniz ki, dünyada fındıq istehslaına görə Azərbaycan önəmli yerlərdən birini tutur. Bu üstünlüyü fermerlərimiz dəyərləndirir, fındıq bağlarının sahəsi artdıqca, bağ salan fermerlərimiz daha çox gəlir əldə edirlər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…