136 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanda qeyri-neft ixracı üzrə artımın 17,8 faizi “SOCAR Polymer”in payına düşüb

17 Yanvar 2022

Fəaliyyətə başladığı gündən Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən müəssisələrdən biri də “SOCAR Polymer” şirkətidir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkə üzrə qeyri-neft ixracının 9,1 faizi, qeyri-neft ixracı üzrə artımın 17,8 faizi “SOCAR Polymer”in payına düşüb. Polimer məhsullarının ixracı 2020-ci ilin yanvar-noyabr aylarında 88,8 milyon dollar təşkil etmişdirsə, ötən ilin eyni dövründə bu rəqəm 217,4 milyon dollar olub. Bu da 2,4 dəfə artım deməkdir. Şirkətin məhsulları əsasən Rusiya, Türkiyə, Qazaxıstan, Çin və Ukraynaya ixrac edilib.
Qeyd edək ki, “SOCAR Polymer” şirkəti 2013-cü il iyulun 16-da ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. 184 min və 120 min ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…