63 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb – FOTO

04 Oktyabr 2020

Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb.

“Aqroservis” ASC-dən telejurnal-a verilən məlumata əsasən, 61 rayon üzrə ümumilikdə 565 min 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 715 hektar çoxdur.

Bu il ümumilikdə 1 milyon 118 min 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır.

Qeyd edək ki, cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2 min 127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədini rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesinə əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub.

Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonlarındadır.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…