48 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023

Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb.

TELEJURNAL-ın  xəbərinə görə, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Mədəniyyət günlərində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.

Mədəniyyət günləri avqustun 4-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

31 İyul 2023
Avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək. Bu…