34 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda ötən il dializ xəstələrinin sayı 13 % artıb

25 Yanvar 2023

2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycanda dializ xəstələrinin sayı 13 % artıb.

TELEJURNAL xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı komitənin yanvarın 25-də keçirilən iclasında deyib.

O bildirib ki, bu məsələni araşdırmaq lazımdır: “Çünki 13 % kiçik rəqəm deyil”.

M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından narazılıq edib:

“Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz hər hansı seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişinə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…