28 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda ötən 6 ayda 19 533 cinayət qeydə alınıb

10 İyul 2023

“Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 533 cinayət qeydə alınıb. Bu cinayətlərin 95,5 faizi (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllərdir”.

Telejurnal  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 15,4, qəsdən sağlamlığa ağır zərər vurmalar 12,3, əzab vermələr 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 21,7, adam oğurluqları və quldurluqların hər biri 25, soyğunçuluqlar 8,4, xuliqanlıqlar 16,6, oğurluqlar 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlər 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlər 13,6 faiz azalıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…