66 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda Müstəqillik günüdür

28 May 2023

28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və
əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.Həmin tarix Müstəqillik günü köhnə adı ilə Respublika
günü kimi təntənə ilə qeyd edilir.Gəlin birlikdə bu tarixə nəzər salaq.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi.Bununla da çar hakimiyyətinə son
qoyuldu.Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.1918-ci il fevralın
14-də Azərbaycan,Gürcüstan və Ermənistan nümayəndələri Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət
orqanı olan Zaqafqaziya Seymini yaratdılar.Dövlət dumalarında olduğu kimi,Zaqafqaziya Seyminin də
ən fəal üzvləri Azərbaycan nümayəndələri idilər.Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da
Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti
yaradıldı.Lakin kəskin milli mənafe ziddiyyətləri Cümhuriyyətin konkret addımlar atmasına imkan
vermədi.Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da
Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının
üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına
gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha
doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk
parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda
Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli
Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının
tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev , Mustafa Mahmudov , Fətəli xan
Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy
Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy
Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov,
Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy
Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy
Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov Azərbaycanın İstiqlal
Bəyannaməsini qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında eləcə də Şərqdə ilk dəfə olaraq
Azərbaycanda demokratik idarə üsulunun yaradılacağından xəbər verirdi.
Azərbaycan Milli Şurası həmin iclasda Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti
hökumətinin tərkibini də təsdiq etdi.Müvəqqəti hökumətin ilk başçısı isə Fətəli Xan Xoyski
idi.Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra 1918-ci il iyunun 16-sında Gəncəyə
köçdü.Yalnız 1918-ci il sentyabrın 15-ində Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus
qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq aramsız fəaliyyəti dövründə böyük nailiyyətlər və
qalibiyyətlər əldə etmişdir.Şərqdə ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın- kişi
bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu,milli pul,milli bank,azad
seçkilər,gənclərin təhsil alması,beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycan istiqlalının tanınması,Azərbaycanın bütövlüyünü təmin etmək,iqtisadi islahat və
s. kimi tədbirlər görmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət 4 iyun 1918-ci ildə
Osmanlı dövləti olmuşdur.
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan
Xalq Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilmişdir.
Təəssüflər olsun ki,müstəqil Azərbaycan Xalq Cümhuriyyəti iki yaşına dolmadan
bolşeviklərin hücumuna məruz qalıb devrildi.Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə
öz tərkibinə daxil etdi.Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq,Azərbaycan xalqının
istiqlal ideyası,müstəqillik sevdası heç bir zaman məğlub olmadı və daim yaşadı.1991-ci ildə
Sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən müstəqil oldu.Məhəmməd
Əmin Rəsulzadənin dediyi kimi:
Sən bizimsən,bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Qeyd edək  ki,28 May əvvəl Respublika günü kimi qeyd edilsə də 2021-ci il 15 oktyabr adı
dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Səidə Ramazanova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…