41 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi

21 Noyabr 2020
Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində maskalardan istifadə ilə bağlı məsələlər də müzakirə edilib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

Qeyd edək ki, bu gün Ə.Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, DİN və DTX-nin yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…