71 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanda keçiriləcək “TEKNOFEST” festivalının vaxtı məlum olub

16 Yanvar 2022

Türkiyənin hüdudlarını aşaraq beynəlxalq ölçüyə yüksələn dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” bu il Azərbaycanda keçiriləcək.
“TELERNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, mayın 26-29-da Vətənimizdə təşkil olunacaq festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
İlk dəfə 2018-ci ildə qardaş ölkədə start götürən festivalın bu il Vətənimizdə texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir.
“TEKNOFEST-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.
Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, pilotsuz uçuş aparatlarından model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər layihələrini yarışdıracaqlar. Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…