39 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub

13 Yanvar 2023

29 dekabr tarixində, Bakı Gənclər Mərkəzində, “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə  “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub.

TELEJURNAL xəbər verir ki, 1-ci Korporativ Sosial Satınalmalar Sərgisi (KSSS) – Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təqdim edən mikro,kiçik və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət  fəaliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Ölkəmizdə ilk dəfə baş tutan bu sərgidə qida, tekstil, təhsil – şəxsi inkişaf,  kosmetika,  dekorasiya, dizayn, məşğulluq, sosial həssas qrupların reabilitasiyası və digər sahələri əhatə edən, 30-a yaxın  sosial sahibkarlıq müəssisəsi, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektinin və 20-dən çox top korporativ şirkət, təşkilat, səfirliyin nümayəndələri iştirak edib.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro,kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor orta və böyük bizneslərləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosialsatınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial  məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

Sərginin birinci-forum hissəsində Global Shapers Baku Hub, İmpact Officer Günay xanım Muxtarova tərəfindən  iştirakçılara “Yeni Nəsil Sahibkarlıq: Sosial Sahibkarlıq” mövzusunda   təqdimatı baş tutub.

Daha sonra “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təsisçisi və icraçı direktoru Etibar Xıdırov tərəfindən “Korporativ Sosial Satınalmalar”-ın əhəmiyyəti  barədə info-sessiya baş tutub.

Sərginin ikinci hissəsində orta və böyük korporativ şirkətlərin, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri sərgi iştirakçısı sosial sahibkarlıq, eko, etik və organik məhsul və xidmətlər təklif edən  mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətləri ilə tanış olublar.

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…