25 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda heyvanlar arasında monitorinqlər keçiriləcək

25 İyun 2023

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə   AQTA-dan məlumat verilib.

Bildirilib ki, cari il iyulun 3-7-də keçiriləcək monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Monitorinqlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən tərtib olunmuş vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış areallarında keçirilməsi planlaşdırılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisindəki Milli Park və dövlət təbiət yasaqlıqlarında, həmçinin Vətən müharibəsi dövründə işğaldan azad olunan Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının ərazisində həyata keçirilməsi nəzərdə tutulur.

Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Müvafiq ölkə hesabatı yenidən tərtib edilərək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…