57 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda elektron siqaretlərin satışı və idxalında qanunsuzluqlar aşkarlanıb

25 İyul 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçıların sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirilməsi barədə müraciət daxil olub.

Bu barədə   Dövlət Xidmətindən bildirilib.

Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticəsi barədə Dövlət Xidmətinə məlumat verilməsi barədə müvafiq məktublar ünvanlanıb.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 13-cü maddəsinin 3-cü bəndinə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.4-cü maddəsinə və Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycanda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci bəndinə əsasən ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Eyni zamanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən bütün növ qəlyanlar və elektron siqaretlər həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. “Tütün və tütün məmulatı haqqında” Qanunun 14.3.4-cü maddəsinə əsasən ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, o cümlədən birdəfəlik istifadə üçün elektron siqaretlərin qutularının üzərində (qablaşdırmasında) insanların səhhətinə zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazısı mövcud olmalıdır.

İstehlakçılar müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…