24 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda dövlət satınalmalarına nəzarəti həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilir

22 İyun 2023

Azərbaycanda dövlət satınalmalarına nəzarəti həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilir.

Telejurnal xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin səlahiyyətlər atınalma zamanı nəzarət orqanının satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları), satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək, satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək, satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək, bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək, satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etməkdir.

Bundan başqa, həmin orqana satınalma müqaviləsi bağlananadək nəzarət orqanı satınalmaların bu Qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda, keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu Qanunun tələblərinin pozulduğunu aşkar etdikdə, portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu Qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar etdikdə, qanunda göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini, satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək, satınalan təşkilatın qanunazidd inzibati aktını “İnzibati icraat haqqında” qanununa uyğun olaraq ləğv etmək, satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq hüququ verilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…