21 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda dövlət satınalmalarına nəzarət gücləndirilir

24 İyun 2023

“Azərbaycanda dövlət satınalmalarına nəzarət gücləndirilir”.

Telejurnal-ın  xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi üçün qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilib.

Bu səlahiyyətlərdən ən mühüm olanlarından bir qismi aşağıdakılardır:

– Bütün növ protokolların (qərarların) Xidmətə məlumat üçün deyil, razılaşdırılma (təsdiq) üçün göndərilməsi;

– Yekun protokol Xidmət tərəfindən təsdiq edilmədən satınalma müqaviləsinin imzalana bilməməsi;

– Əsaslandırılmış qərar ilə təchizatçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi;

– Xidmətin satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etməsi;

– Satınalma müqaviləsi qüvvəyə minənədək Qanunla müəyyən edilmiş qaydada satınalmanın nəticələrinin ləğv edilməsi;

– Satınalma müqavilələrinin icrasına nəzarət etməsi və s;

– Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) üçün fərdi məsuliyyətin nəzərdə tutulması;

– Satınalma predmetinin ehtimal olunan məbləğindən asılı olmayaraq satınalma komissiyasının tərkibinə başqa nazirliklərin nümayəndələrinin daxil edilməsi ilə bağlı müddəa layihədə nəzərdə tutulmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…