58 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda daha 900-ə yaxın fərdi yaşayiş evi təbii qazla təmin olunub

28 Noyabr 2020
Azərbaycanda daha 900-ə yaxın fərdi yaşayiş evi təbii qazla təmin olunub

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və ölkənin regionlarında 2020-ci il üzrə qazlaşma işlərinə dair dövlət proqramının icrasını yekunlaşdırmaq üzrədir.

Bu barədə “Report”a “Azəriqaz”dan bildirilib.

Məlumata görə, ardıcıl olaraq fərdi yaşayış evlərinə qaz açılışları təmin olunur. Növbəti dəfə təbii qazla təchiz edilən yaşayış məntəqələri sırasına Gədəbəy rayonunun Gərgər və Qasımlı kəndləri, Daşkəsən rayonunun Kəmərqaya kəndi də əlavə olunub.

Belə ki, Gədəbəy rayonunun Gərgər kəndində 380, Qasımlı kəndində 80, Daşkəsən rayonunun Kəmərqaya kəndində isə 134 fərdi yaşayış evinə təbii qaz verilib. Bu kəndlərdə ümumi uzunluğu 56 km-dən çox olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bakı şəhərinin ətraf ərazilərində də bir sıra yaşayış massivlərində təbii qaz açılışları mütəmadi olaraq baş tutur. Bu günlərdə Sabunçu rayonunun Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan ərazisində daş karxanasının yaxınlığındakı yeni massivdə 211, Pirşağı qəsəbəsi, “Qızıl qum” adlandırılan ərazidəki yeni yaşayış massivində isə 90 fərdi yaşayış evinin qazlaşdırılması başa çatdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…