48 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycanda daha 3 qum-çınqıl yatağı özəlləşdirilib

16 Dekabr 2021

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı təşkil olunan növbəti hərracda Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboy rayonunun “Qarasuçay” qum-çınqıl yatağının 5 hektar sahəsi, İsmayıllı rayonunun “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi istifadəyə verilib.

‘TELEJURNAL’ Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, “Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2, LOT-3, LOT-4, LOT-5, LOT-6 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 17 min 500 manat olan LOT-1 üzrə edilən son təklif 41 min manat olub. Başlanğıc qiyməti 16 min 500 manat olan LOT-2 isə 80 min 700 manata istifadəyə verilib. Ən yüksək rəqabət LOT-6 üzrə müşahidə edilib. Belə ki, başlanğıc qiyməti 15 min 900 manata olan LOT-6 üzrə edilən son təklif 97 min 200 manatadək yüksəlib.

“Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2 üzrə keçirilən hərracın qalibi “Azeri Mining Group” MMC, LOT-3, LOT-4 üzrə qalib “KANT-2S” MMC, LOT-5, LOT-6 üzrə qalib fiziki şəxs İlham İsmayılov olub. “Qarasuçay” və “Girdimançay” qum-çınqıl yataqları üzrə keçirilən hərracın qalibi isə müvafiq olaraq “23№li Yol İstismarı” MMC və “Muğan-KİTT Şirkəti” MMC olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3F06SWi)

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 24-ü və yanvarın 17-də keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 20 faydalı qazıntı yatağı istismara verilib.

https://azertag.az/xeber/Azerbaycanda_daha_3_qum_chinqil_yatagi_ozellesdirilib-1953010

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…