31 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda bir neçə dövlət qurumu xidmət və ticarət obyektlərində yoxlamalar aparacaq

11 Aprel 2022

Baş nazir Əli Əsədov “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam imzalayıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, məqsəd ölkə ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etməkdir.

Sərəncamla Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin:

– insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;
– mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;
– tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
– əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).

Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…